Qazpaylama stansiyası

qazın təzyiqini, ondan təhlükəsiz istifadə üçün lazımi səviyəyə qədər alçaldan stansiya.
Qazoyl
Qaztəmizləmə
OBASTAN VİKİ
Dəmiryol stansiyası
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Dəryal stansiyası
Qəbələ RLS — Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası. 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən Raketdən Müdafiə Kompleksinin bir elementi olmuşdur. Stansiya Azərbaycanın şimalında, Qəbələ şəhərindən təxminən 11 km cənub-qərbdə, ən yaxın Ləki dəmiryolu stansiyasından 50 km məsafədə yerləşir.İnşaat 1977-ci ildən bəri davam etmiş və 1985-ci ildə döyüş vəzifəsi əldə etmişdir. Texniki resurs radarların 2012-ci ilə qədər işləməsinə imkan vermiş, blok modul quruluşu sayəsində stansiyanı döyüş tapşırığı qeyri-aktiv edilmədən, bu modulları dəyişdirmək və təkmilləşdirmək mümkün olmuşdur. == Xüsusiyyətləri == RLS təxminən 1,2 km aralıda yerləşdirilmiş iki mövqe — 100x100 metr hündürlüyündə yerləşən AFAR-a malik, təxminən, 4000 xaç-formalı vibratorlu qəbul Mərkəzi və 40x40 metr hündürlüyündə yerləşən, 1260 ədəd çıxış impuls gücünə malik növbəli modullarla dolu layihələndirilmişdir. Metrlik dalğaların diapazonunda işləyərək stansiya 100-ə yaxın radar kəsiyindən 0,1 m²-a yaxın məsafədə 6000 km-ə qədər diapazonda 90 dərəcə azimuta görə müəyyənləşdirilməsini və eyni zamanda müşayiət olunmasını təmin edirdi. Bu, Hind okeanının akvatoriyasından raketlərin buraxılmasının qarşısını almaq üçün kifayət idi. Raketdən Müdafiə Kompleksinin tərkibində olan stansiya nəinki raketlərin buraxılmasının qarşısını almağa, həm də onların trayektoriyasını izləməyə imkan verirdi ki, bu da raketlərin ölkəyə daxil olmasının qarşısını alırdı. Texniki parametrləri və münasib yeri nəzərə alaraq, bu RLS-in dünyada heç bir tayı-bərabəri yox idi.Stansiya Baş Qafqaz silsiləsinin cənub hissəsində dəniz səviyyəsindən 680 m hündürlükdə 190 ha ərazini əhatə etmişdir. Aktiv rejimdə enerji istehlakı 50 MVt, döyüş rejimində — 350 MVt təşkil edirdi.
Elektrik stansiyası
Elektrik stansiyası — elektrik enerjisinin istehsalı ilə məşğul olan avadanlıq və aparatlardan ibarət qurğular toplusudur. Bu qurğular binalarda yerləşdirilərək xüsusi ərazilərə malik olurlar. == Təsnifatı == Daş kömürlə işləyən elektrik stansiyası, Atom elektrik stansiyası, Torfla işləyən elektrik stansiyası, Hidroelektrik stansiyası, Gazturbinli, Ağackömürlə işləyən elektrik stansiyaları, Küləklə işləyən elektrik stansiyaları. == İşləmə prinsipi == Bütün mütərəqqi elektrik stansiyalarının işləmə prinsipi aşağıdakı kimidir: Elektrik stansiyası başlanğıc enerjinin faydalı enerjiyə çevrilməsinə xidmət edir. Onların əsas hissəsi olan güc maşını adətən turbindən, su çarxından, daxili yanma mühərrikindən və ya da külək dəyirmanın rotorundan ibarət ola bilər. Elektrik stansiyalarında bir val işçi maşınla əlaqələndirilir. Bu həmişə yanacaqdan alınmış enerjini elektrik enerjisinə çevirən generatorlar olurlar.Elektrik gücü müxtəlif yollarla əldə edilə bilir: Kinetik və potensial enerji şəklində əldə edilmiş mexaniki enerji turbinin köməyi ilə generatorun rotoruna ötürülür və orada elektrik enerjisinə çevrilir (məsələn, hidroelektrik stansiyası, külək elektrik stansiyası və s.). Termiki enerji öncə istilik maşınlarında mexaniki enerjiyə sonra isə yuxarıda olduğu kimi generatorun köməyi ilə elektrik enerjisinə çevrilir. Xüsusi qurğularda istilik enerjisini bir başa elektrik enerjisinə çevirmək mümkündür (məsələn, solar qürğülar).Elektrik stansiyalarının işləmə qabiliyyətini səciyyələndirən kəmiyyət onların şəbəkədəki gərginlik dəyişikliyinə reaksiya verərək tez işə düşə bilməsidir. Qazla işləyənlər və su ilə işləyənlərin bəzi növləri qısa müddətdə (bir neçə dəqiqəyə) sakit vəziyyətdən start götürüb öz tam güclərini ala bilirlər.
Hacılı stansiyası
Hacılı — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Hacılı stansiyası Füzuli rayonunun Aşağı Yağləvənd kəndində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Hidroelektrik stansiyası
Su elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meylli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Mahmudlu stansiyası
Mahmudlu (kənd, Cəbrayıl)
Nəsimi stansiyası
Nəsimi metrostansiyası — 2006-cı ildən inşaatına başlanılmışdır və 2008-ci ilin oktyabrın 9-da istifadəyə verilmişdir. Stansiyanın tikintisinə 100 milyon Azərbaycan manatı məbləğində vəsait xərclənilib. Metrostansiyanın 6-cı və 9-cu mikrorayon istiqamətlərinə çıxışları var. Metronun "Memar Əcəmi" — "Nəsimi" xəttinin uzunluğu 1660 metr. Stansiyanın platformasının uzunluğu 102 metr. Eni 15 metr.
Qütb stansiyası
Tədqiqat stansiyası — elmi-müşahidə təyinatlı obyekt, əsasən Şimal Buzlu okean, Antarktika, və dreyf edən buzlaqlar üzərində yerləşir. Şimal tədqiqat stansiyaları (Arktika) şimal yarımkürəsinin 60°-90° arasında, cənub tədqiqat stansiyaları isə cənub yarımkürəsinin 60°-90° arasında yerləşən ərazilərdə yerləşir. İstisnalar nadir hallarda müşahidə edilir. Tədqiqat stansiyaları sistematik olaraq Meteoroloji, Geofiziki, Geomaqnit, Hidroloji və müəyyən zamanlarda isə Bioloji və Tibbi müşahidələr aparılır. Tez-tez geoloji tətqiqatlar aparılır. Qlyasiologiya araşdırmaları əsasən Antarktida ərazilərində aparılır. Stansiyalarda əsasən alimlər yaşayır. == Arktikada yerləşən tədqiqat stansiyaları == İlk tədqiqat stansiyaları 1910-ci illərdə: Vayqaç adasının şimalı, Yaqorski yarımadasının şimalında, Yamal yarımadasının Mare-Sale burnunda. Daimi qütb müşahidələri Yaqorski Şar boğazında aparılmışdır. 1915-ci ildə Dikson adasında stansiya fəaliyyətə başlamışdır.
Uluxanlı stansiyası
Uluxanlı stansiyası — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda vağzal. == Əhalisi == 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Xankəndi stansiyası
Xankəndi stansiyası — Xankəndi dəmiryolu stansiyası 1927-ci ildə yaradılıb. Xankəndi şəhərinin şimalında yerləşirdi. Hazırda bərbad haldadır.[mənbə göstərin]Bakıdan elektrovozla gedən qatar Yevlax stansiyasında açılaraq teplovoza qoşulurdu. Yevlax-Xankəndi xəttində elektrik xətti yox idi.
Xudafərin stansiyası
Xudafərin — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd İranla sərhəddə yerləşir. Tarixi Xudafərin körpüsü bu kəndin ərazisində yerləşir. 1994-cü ilin yanvar ayında Azərbaycan ordusu bu kəndin ərazisinə qədər irəliləsə də, kəndi tutmaq mümkün olmayıb. 18 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 30 oktyabr 2020-ci il tarixində "Xudafərin" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb. == Toponimikası == Xudafərin stansiyası Cəbrayıl rayonunun eyniadlı i.ə.v-də kənd.
Yevlax stansiyası
Yevlax Dəmiryol Stansiyası — Yevlax şəhərində dəmiryol stansiyası.
Dəmiryolu stansiyası
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Tədqiqat stansiyası
Tədqiqat stansiyası — elmi-müşahidə təyinatlı obyekt, əsasən Şimal Buzlu okean, Antarktika, və dreyf edən buzlaqlar üzərində yerləşir. Şimal tədqiqat stansiyaları (Arktika) şimal yarımkürəsinin 60°-90° arasında, cənub tədqiqat stansiyaları isə cənub yarımkürəsinin 60°-90° arasında yerləşən ərazilərdə yerləşir. İstisnalar nadir hallarda müşahidə edilir. Tədqiqat stansiyaları sistematik olaraq Meteoroloji, Geofiziki, Geomaqnit, Hidroloji və müəyyən zamanlarda isə Bioloji və Tibbi müşahidələr aparılır. Tez-tez geoloji tətqiqatlar aparılır. Qlyasiologiya araşdırmaları əsasən Antarktida ərazilərində aparılır. Stansiyalarda əsasən alimlər yaşayır. == Arktikada yerləşən tədqiqat stansiyaları == İlk tədqiqat stansiyaları 1910-ci illərdə: Vayqaç adasının şimalı, Yaqorski yarımadasının şimalında, Yamal yarımadasının Mare-Sale burnunda. Daimi qütb müşahidələri Yaqorski Şar boğazında aparılmışdır. 1915-ci ildə Dikson adasında stansiya fəaliyyətə başlamışdır.
"Bəhram Gur" stansiyası
"Bəhram Gur" stansiyası — Bakı funikulyorundakı 2 stansiyadan biri; Azneft meydanına çıxır. "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" stansiyalar arası məsafə 455 metrdir. == Tarixi == 1960-cı il mayın 5-də istifadəyə verilmişdir.
"Şəhidlər Xiyabanı" stansiyası
"Şəhidlər Xiyabanı" stansiyası — Bakı funikulyorundakı 2 stansiyadan biri; Dağüstü parka çıxır. == Tarixi == 1960-ci il mayın 5-də istifadəyə verilmişdir.
Aboa (Antarktika stansiyası)
Aboa — Finlandiyanın Antarktidadakı araşdırma stansiyasıdır. Adı Turkunun latıncadan olan adından yaranıb. 1988-ci ildə Kraliça Mod Torpağında sahildən 130 kilometr içəridə Vestfyella dağlarında Basen adı verilən bir qayalıq (nunatak) üzərində qurulmuşdur. Stansiya, Finlandiya Ticarət və Sənaye Nazirliyi tərəfindən maliyyəyə edilmiş, Finlandiya VTT Texniki Araşdırma Mərkəzi tərəfindən hazırlanaraq inşa edilmişdir. Hazırda Finlandiya Əmək və İqtisadiyyat Nazirliyi nəznində fəaliyyət göstərir.Stansiya yalnız yay aylarında istifadə edilməkdədir. 12 nəfərlik iş sahəsi və ən çox 18 nəfər üçün müvəqqəti yaşayış sahəsi mövcuddur.İsveçə aid Vasa Araşdırma Stansiyası, Aboanın 200 metr yaxınlığında qurulmuşdur. Aboa və Vasa birlikdə Nordensköld bazasını təşkil edirlər.
Amsterdam Mərkəzi Stansiyası
Amsterdam Mərkəzi Stansiyası — Hollandiyanın paytaxtı Amsterdamın əsas xətt qatar stansiyasıdır. Stansiya ölkənin ən böyük stansiyası olan Utrext Mərkəz Stansiyasından sonra ikinci ən böyük stansiyasıdır və Hollandiyanınnın ən çox ziyarət olunan tarixi irsidir.
Ankara Dəmiryolu Stansiyası
Ankara Dəmiryolu Stansiyası - Türkiyə Dövlət Dəmir Yollarının Ankara şəhərində yerləşən mərkəzi dəmir yolu stansiyası. Stansiya Ankara şəhəri, Altındağ ilçəsi, Ulus mikrorayonu ərazisində yerləşir. Stansiyanın ilk binası 1892-ci ildə Anadolu dəmiryollarının bir stansiyası olaraq inşa edilmişdir. Fələstin və Mezopotamiya cəbhələrinə döyüş materialları bu stansiyadan hərəkət edən vaqonlarla təmin edilirdi. Buna görə 1914-1918-ci illər arasında Ankara stansiyasında heç bir sərnişin xidməti göstərilməmişdir. Çox az yük xidməti mövcud idi. Müharibədən sonra stansiya Britaniya hərbi nəzarəti altına girmişdir. Amma Türkiyədə başlanan qurtuluş savaşı nəticəsində ərazi ingilislərdən təmizlənmiş və Ankara yeni qurulan dövlətin paytaxtına çevrilmişdir. Türkiyə Qurtuluş savaşı sona çatmasından sonra İstanbuldan Ankaraya gedən sərnişin qatarı xidmətləri bərpa edildi. Stansiya 1 iyun 1927-ci ildə Türkiyə Respublikası Dövlət Dəmiryolları tərəfindən satın alınmışdır.
Astara Dəmiryol Stansiyası
Astara Dəmiryol Stansiyası — Astara şəhərindən keçən Osmanlı-Astara Dəmiryolu & Astara-Rəşt-Qəzvin dəmiryolu xətti xətti üzərində dəmiryol stansiyası.
Atom Elektrik Stansiyası
Atom elektrik stansiyası — bir və ya daha çox nüvə reaktorunun yanacaq olaraq radioaktiv maddələri istifadə edərək elektrik enerjisi hasil etdiyi təsisat. Radioaktiv maddələr istifadə edildiyinə görə digər elektrik stansiyalarından fərqli olaraq AES-lərdə daha güclü təhlükəsizlik tədbirləri həyata keçirilir.
Ağstafa Dəmiryol Stansiyası
Ağstafa Dəmiryol Stansiyası — Ağstafa şəhərindən keçən Bakı–Tbilisi dəmiryolu xətti üzərində vağzal tipli dəmiryol stansiyası.
Bakı Dəmiryol Stansiyası
Bakı Dəmiryolu vağzalı — Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin qatarlarını qəbul edən dalan tipli dəmiryolu stansiyası. Əsası 1880-ci ildə qoyulmuş bu stansiya Tiflis vağzalı kimi də tanınır. == Tarixi == Vağzalın ilk binası Bakı-Tbilisi dəmiryolu xəttinin istismara verilməsi ilə bir tarixə, 1880-ci ilə təsadüf edir. 1926-cı ildə elektrikləşdirilmiş Bakı — Sabunçu dəmir yolu sərnişinlərinə xidmət göstərilməsi üçün ikinci vağzal kompleksi-Sabunçu Vağzalı layihələndirilmiş və tikilmişdir. Binanın memarlığı da Şərq üslubunda işlənmişdir. 1967-ci ildə Sabunçu vağzalının binasına metronun "28 May" stansiyasının yeni tikilmiş girişinin binası qoşulub. 1977-ci ildə stansiya böyük yenidənqurma işlərinə məruz qaldı və burada köhnə vağzal binasına sıx bağlanan yeni müasir vağzal binası tikildi. == Xətt == Poti-Bakı Dəmiryolu Bakı-Yalama Dəmiryolu Bakı-Sumqayıt qatarı Bakı şəhərətrafı dəmir yolu Bakı metropoliteni — 28 May metrostansiyası == Sitatlar == Bakı Dəmiryol Stansiyası 1977-ci ilə qədər iki vağzal kompleksinin, 1883-cü ildə Bakı-Tbilisi xəttinin üzərində inşa edilmiş köhnə "Tiflis vağzalı" ilə 1926-cı ildə şəhərətrafı elektrik qatarları üçün tikilmiş "Sabunçu vağzalı" arasında yerləşirdi.
Balakən Dəmiryol Stansiyası
Balakən Dəmiryol Stansiyası — Balakən rayonunda, Bakı-Balakən dəmiryolu xətti üzərində dəmiryol stansiyası.
Baltik stansiyası (Tallin)
Baltik stansiyası (est. Balti jaam) — Tallin şəhərində dəmir yoluna aid sərnişin stansiyası. Vağzal Köhnə şəhərin yaxınlığında, Toompuestee küçəsi, 37 ünvanında yerləşir. Stansiyasından gedən qatarların ilk dayanacaqları: Lillekyula (qərb istiqamətdə), Kitsekyula (şərq istiqamətdə) və Tallin-Vyayke (cənub istiqamətdə). Stansiya yaxınlığında 12 dəmir yolu var. Baltik dəmiryol stansiyası şəhərətrafı və uzun məsafə qatarları üçün bir son stansiya rolunu oynayır. Stansiya yaxınlığında şəhərətrafı avtobuslar üçün avtobus, həmçinin tramvay və trolleybus dayanacaqları vardır. == Dayanacaq plarformmaları == Baltik dəmiryolu vağzalı 6 dayanacaq platformasına sahibdir: 1 Platforma 9 və 8 yollar arasında — 150 m 2 Platforma 8 və 7 yollar arasında — 85 m 3 Platforma 7 və 6 yollar arasında — 150 m 4 Platforma 6 və 1 yollar arasında — 150 m 5 Platforma 1 və 4 yollar arasında — 510 m 6 Platforma 4 və 5 yollar arasında — 380 m == Tarixi == Baltik vağzalı 1870-ci ildə Paldiski — Revel — Sankt-Peterburq xəttinini üzərində əsas vağzal olaraq inşa edilmişdir. Vağzal 24 otyabr 1870-ci ildə açılmışdır. Burada Baltik Limanı — Revel xətti bitir və Sankt-Peterburq istiqamətində yol başlayır.
каранти́нный но и то́ по-штука́рски утяжелённый антипати́чный бадья́ карка́сный облома́ть вырь Иртыш пергамен резина фижма cotton gin millennia newsman oceanographic radio resistant tegular torsion typeprinter квёлый конусообразный пятнадцати- эпицикл